DYP-dən sürücünün iddialarına cavab: konstruksiya dəyişikliyi, 1971 manat cərimə... - VİDEO

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücü Sultanov Rauf Yusif oğlunun İdarə rəhbərliyi və Yol polisinin ünvanına sosial şəbəkələr vasitəsilə səsləndirdiyi iddialara cavab verib. İdarənin əməkdaşı, polis leytenantı Rüstəm Əhmədli Avtosfer.az-a bildirib ki, sürücünün sosial şəbəkələr vasitəsilə ünvanladığı müraciət qərəzlidir. "Məsuliyyətdən yayınmaq üçün ictimai rəydə neqativ fikirlər formalaşdıran sürücü müxtəlif vaxtlarda İnzibati Xətalar Məcəlləsinin 342.2.4, 342.1.3, 342.2.2 və digər maddələrin tələblərini - konstruksiya dəyişiklikləri, icazə verilməyən pərdədən və plyonkadan istifadə, dövlət nömrə nişanı olmadan avtomobilin idarə olunması qaydalarını pozduğuna görə saxlanılıb. Barəsində qanunauyğun şəkildə tədbir görülüb. Nəqliyyat vasitəsi zavod istehsalı vəziyyətinə qaytatıldıqdan sonra duracaqdan buraxılıb.
Lakin sonuncu dəfə saxlanılan zaman sürücü yenə də idarə etdiyi 99-OS-084 dövlət nömrə nişanlı, "Tofaş" markalı avtomobil ilə təkrar olaraq eyni qayda pozuntularına yol verib. Avtomobildə icazə verilməyən pərdədən istifadə, dövlət nömrə nişanı olmadan maşını idarə etmək və müxtəlif konstruksiya dəyişiklikləri etməklə kobud şəkildə qaydaları pozub. Dövlət yol polisi sürücünü aşkarlayıb və müvafiq qanun pozuntularına uyğun olaraq avtomobili duracağa yerləşdirilib. Qeyd edək ki, sürücünün 1971 manat məbləğində ödənməmiş cərimələri də var və sürücü bu barədə məlumatlandırılıb."
Rüstəm Əhmədli onu da əlavə edib ki, qeyd olunan qanun pozuntularının aradan qaldırılacağı, avtomobilin zavod istehsalı vəziyyətinə qaytarılacağı və ödənilməyən 1971 manat cərimənin ödəniləcəyi təqdirdə avtomobilin duracaqlar buraxılacaq.
"Sürücünün sosial şəbəkələrdə məlum çıxışı və iddiaları haqsızdır və yol polisinin fəaliyyətinə kölgə salmaq, məsuliyyətdən yayınmaq məqsədi güdür."
Fərid
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












