DYP-dən uşaq motosikleti ilə avtomobil yoluna çıxan azyaşlı barədə AÇIQLAMA: “Günah valideynlərindədir”

Bakıda uşaqlar üçün olan motosikletlə avtomobil yoluna çıxan azyaşlı maraqlı anlar yaşadıb.
Avtosfer.az xəbər verir ki, söhbət Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsindən gedir. Belə ki, sözügedən ünvanda çəkilən videoda təxminən 5-6 yaşlarında uşaq avtomobillərin sıx hərəkət etdiyi yolda motosiklet sürdüyü görünür.
Bunu görən yaşlı kişi uşağı yoldan çıxarmağa çalışsa da, mümkün olmur. Maraqlı məqam isə digər hərəkət iştirakçılarının ara məsafəsini qorumaqla yola davam etməsi və bu vəziyyəti normal hal kimi qəbul etmələridir.
Uşağın valideyninin yaxınlıqda olması, videonun hər hansı sosial eksperiment üçün hazırlanıb-hazırlanmadığı məlum deyil.
Məsələ ilə bağlı oxu.az-ın sorğusunu cavablandıran Bakı Şəhər Dövlət Yol Polisi İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli qeyd edib ki, günah bu uşağın “ağıllı” valideynlərindədir:
“Bu mənzərə nə ağıla, nə məntiqə, mədəniyyətə, nə də şüura sığan hərəkətdir. Bəzən elə hadisələrin şahidi olursan ki, şərh verməyə də çətinlik çəkirsən. Qanunlar, qaydalar insanların hüquqlarının qorunması, onların həyat və sağlamlığının təhlükəsizliyinə təminat verilməsi üçündür. Əgər kimsə nəinki özünü, dünyadan xəbərsiz azyaşlı körpəsini belə düşünmürsə, bu, artıq faciədir. Təbii ki, bu hərəkətə hüquq-mühafizə orqanları tərəfindən səlahiyyətimiz çərçivəsində hüquqi qiymət veriləcək. Amma mənəvi qiyməti isə cəmiyyət formalaşdıracaq”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












