DYP dövlət qurumlarını və vəzifəli şəxsləri hansı halda cərimə edə bilər?

Dövlət Yol Polisi müxtəlif dövlət qurumları və vəzifəli şəxsləri hansı hallarda cərimə edə bilər? Avtosfer.az xəbər verir ki, bu barədə İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində-nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi haqqında müddəa öz əksini tapıb. Belə ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
Yəni, yol-nəqliyyat hadisəsi baş verən zaman nəqliyyat vasitəsi dövlət qurumuna və ya vəzifəli şəxsə, həmçinin şirkətə aiddirsə DYP müvafiq olaraq avtomobili idarə edən şəxs barəsində müvafiq quruma sorğu göndərir. Qurum 5 gün müddətində sorğuya cavab verməsə o zaman cərimə təbiq olunur.
Nəzrin Sailqızı
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












