DYP kənd təsərrüfatı sahəsində çalışanlara müraciət etdi

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi kənd təsərrüfatı sahəsində çalışan hüquqi və fiziki şəxslərə müraciət edib.
İdarədən Avtosfer.az-a verilən məlumata görə, müraciətdə deyilir:
"Mövsümlə əlaqədar respublikanın əksər bölgələrində kənd təsərrüfatı fəaliyyətinin canlanması avtomobil yollarında bu sahəyə aid texnikanın və daşımaların sayında əhəmiyyətli dərəcədə artıma səbəb olub.
Lakin təəssüflə qeyd edilməlidir ki, bəzən daşımaların texniki standartlara uyğun gəlməyən, xarici işıq cihazları nasaz, dövlət qeydiyyat nişanları yerində olmayan kənd təsərrüfatı texnikaları ilə həyata keçirilməsi, eləcə də əkin sahələrində çalışan adamların yük avtomobillərində və traktor qoşqularında daşınması, məhsulun qablaşdırılmadan çəki və ölçü parametrləri aşılmaqla aparılması kimi qayda pozuntularına yol verilirir ki, bu da ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə real zəmin yaradır.
Bu xüsusda qəzaların qarşısının alınması üçün aqrar sektorda çalışan, eləcə də bu sahədə yük daşıma fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərə nasaz nəqliyyat vasitələrindən istifadə etməmək, qablaşdırmanı düzgün aparmaq, sürücülərin iş və istirahət rejimini nəzarətdə saxlamaq, sərxoş, yaxud yorğun, yuxusuz halda sükan arxasına əyləşmələrinin qarşısını almaq tövsiyə olunur".
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












