DYP moped ve skuterlərin düşdüyü qəzalardan real görüntüləri yaydı - FOTO - VİDEO

Motokuryerlərin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması və qəzaların sayının minimuma endirilməsi məqsədilə polis əməkdaşları tərəfindən mütəmadi olaraq nəzarət-profilaktik işlər aparılır.
DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələrini idarə edən sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması, sürət həddinin aşılması, təhlükəli manevrlər, işıqforun qırmızı işığında keçmə və digər qayda pozuntularına qarşı nəzarət gücləndirilib.
Bildirilib ki, keçirilən tədbirlərlə özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan sürücülər saxlanılır, onlarla profilaktik söhbətlər aparılır, mövcud qanunvericiliyin tələbləri barədə məlumatlar verilir, etdikləri qanun pozuntusunun digər vətəndaşlara yaratdığı çətinliklər izah olunmaqla bu halın yaratdığı təhlükələr onların diqqətinə çatdırılır.
“Bir daha motosiklet, moped və digər bu tip ikitəkərli nəqliyyat vasitələrini idarə edən sürücülərə müraciət edərək, onları təhlükəsizlik qaydalarına ciddi riayət etməyə, özlərinin və başqalarının həyat və sağlamlığına təhlükə yaratmamağa çağırırıq”, - deyə məlumatda bildirilib.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
















