DYP qarlı havada vətəndaşlara belə kömək edir - FOTO - VİDEO

Hazırda müşahidə olunan hava şəraiti ilə əlaqədar polis əməkdaşları tərəfindən zəruri təhlükəsizlik tədbirləri görülür.
Avtosfer.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, polis əməkdaşları hərəkət iştirakçılarının getdikləri ünvana təhlükəsiz şəkildə çatması üçün hazırda gücləndirilmiş rejimdə xidmətlərini paytaxt və bölgələrdə davam etdirirlər.
Hava şəraitinin yarada biləcəyi fəsadların qarşısının alınması və vaxtında aradan qaldırılması məqsədi ilə aidiyyəti dövlət qurumları ilə birgə zəruri işlər görülür, operativ tədbirlər həyata keçirilir.
Hərəkətin təhlükəsizliyi tam təmin edilir. Köməyə ehtiyacı olan hər kəsə xidmətə cəlb edilmiş əlavə polis naryadları tərəfindən lazımi köməkliklər göstərilir.
Digər dövlət orqanları ilə birgə təşkil edilən fasiləsiz xidmət hazırda da davam etdirilir.
“Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, enişli-yoxuşlu yollarda, körpülərdə sürüşmə ehtimalının olması nəzərə alınmalı və zəruri təhlükəsizlik qaydalarına əməl edilməlidir”, - qurumun müraciətində deyilir.






Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












