DYP qeyri-sabit havada piyada təhlükəsizliyi ilə bağlı müraciət etdi - FOTO

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə avtomobil yollarının yaxınlığında yerləşən məktəb ətraflarında, eləcə də piyadaların müntəzəm hərəkət etdiyi ərazilərdə və nizamlanmamış keçidlərdə Dövlət Yol Polisi əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilir.
Avtosfer.az xəbər verir ki, bu barədə DİN-in Baş DYP İdarəsindən bildirilib.

Qeyd olunub ki, əsas məqsəd azyaşlıların və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunması və yol-nəqliyyat hadisələrinin qarşısının alınmasıdır:
"Bu çərçivədə hərəkət iştirakçılarından – valideynlərdən, sürücülərdən və piyadalardan mövcud hava şəraitini nəzərə alaraq daha diqqətli olmaları və müəyyən olunmuş qaydalara riayət etmələri xahiş olunur. Qeyd olunan ərazilərdə təhlükəsizlik tədbirlərinə əməl olunması hər bir şəxsin həyat və sağlamlığının qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir".
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












