DİN qarlı yollarda baş verən qəzaların görüntülərini yaydı - VİDEO

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi qarlı hava şəraitində yolların buz bağlamasını diqqətdə saxlayaraq, hərəkət iştirakçılarına müraciət edib.
Avtosfer.az xəbər verir ki, bu barədə mətbuata açıqlamasında BDYPİ-nin rəsmisi, polis mayoru Rövşən Tağıyev məlumat verib.
O, ötən gündən başlayaraq paytaxtda və respublikanın bəzi bölgələrində qeyri-sabit hava şəraiti ilə bağlı bütün hərəkət iştirakçılarına yollarda diqqətli olmalarını tövsiyə edirik.
Piyadalar paytaxt ərazisində sürüşkən mərmər səkilərdə hərəkət edərkən diqqətli olsunlar. Yollarda avtomobilin olmadığından tam əmin olduqdan sonra yolu qarşıdan-qarşıya keçsinlər.
Valideynlərdən xahiş edirik, övladlarını nəzarətsiz qoymasınlar, uşaqların avtomobil yollarında və ya yol kənarlarında qarla oynamalarına, eləcə də yollarda sürüşmələrinə icazə verməsinlər.
Uşaqların əyləncələrini təhlükəsiz hesab olunan parklarda və yaşayış binalarının qarşısında salınan istirahət zonalarında təşkil etsinlər.
Nəzərə almaq lazımdır ki, belə havalarda tormuzlama zamanı avtomobilin yolda sürüşmə ehtimalı var və bu, hansısa bir bədbəxt hadisənin baş verməsinə səbəb ola bilər.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












