DYP təhsil müəssisələrində maarifləndirmə tədbirləri keçirir - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir.
Avtosfer.az xəbər verir ki, respublikanın təhsil müəssisələrində yol hərəkəti təhlükəsizliyinin təşviqi məsələlərinin daha geniş vüsət alması istiqamətində tədbirlər davam etdirilir.
Elm və Təhsil Nazirliyinin struktur qurumları ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən növbəti belə tədbir Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə təşkil olunub.
Bakı şəhər 1 nömrəli və Sumqayıt şəhər 2 nömrəli UGİM-in də dəvət olunduğu tədbirdə 6 komanda arasında intellektual yarış keçirilib. Bununla yanaşı, şagirdlərin ifasında yol hərəkəti qaydalarına və təhlükəsiz davranış vərdişlərinə həsr edilmiş mahnı, rəqs və teatr səhnəcikləri nümayiş olunub.
Tədbirdə Baş Dövlət Yol Polisi İdarəsinin təmsilçisi çıxış edərək, yol hərəkəti təhlükəsizliyi ilə bağlı təhsil ocaqlarında həyata keçirilən maarifləndirmə xarakterli tədbirlərin müstəsna əhəmiyyət daşıdığını bildirib, yarışda qalib gələn komandaları təltif edib.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












