DYP yollarda aqressivlik edən sürücülərə müraciət və XƏBƏRDARLIQ ETDİ

İyunun 24-ü axşam saatlarında Nərimanov rayonu ərazisində yol hərəkəti zəminində sürücülər arasında mübahisə baş verib və həmin mübahisə bir sürücünün qətli ilə nəticələnib. Bununla əlaqədar olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yollarda aqressivlik nümayiş etdirən, zorakılığa əl atan sürücülərə xəbərdarlıq edib. Bu barədə DYP-nin baş inspektoru, polis mayoru Araz Əsgərli Avtosfer.az vasitəsilə sürücülərə səslənərək yollarda diqqətli olmağı, qaydaları pozmamağı və hərəkət iştirakçılarına qarşı nəzakətli olmağı tövsiyə edib: “Son zamanlar yollarda aqressiya göstərərək sürücülük mədəniyyətindən, həmçinin insanlıq mövqeyindən kənarlaşaraq səbirsizlik nümayiş etdirən sürücülərlə tez-tez rastlaşırıq. Hətta bu cür sürücülərin hərəkətləri sosial şəbəkələrdə də yayılır. Dövlət Yol Polisi İdarəsi olaraq həmin sürücüləri idarəyə dəvət edərək onlarla profilaktik söhbətlər aparırıq və etdikləri hərəkətin təhlükəli olduğunu izah edirik.
Qeyd edim ki, ötən gün yol verməmək üstündə baş vermiş qətl hadisəsi hamımızı təəssüfləndirdi. Buna görə də bir daha sürücülərdən və hərəkət iştirakçılarından xahiş edirik ki, yollarda hərəkət edərkən qanunlara birmənalı olaraq əməl etsinlər, anlaşılmazlıq baş verən zaman isə aqressiv hərəkətlərə yol verməsinlər. Əgər yolda kiminsə etdiyi hərəkət onu psixoloji durumdan çıxarırsa, yaxşı olardı ki, bu halların baş verməməsi üçün psixoloqlara müraciət edərək öz sağlamlıqları ilə məşğul olsunlar. Qayda pozan sürücülərlə bağlı isə yol polisinə şikayət etsinlər ki, məsələni biz araşdıraq və qanun çərçivəsində tədbirlər görək”.
Təbriz
Yol polisi “Təmiz Hava” aylığına başlayır – 50 manat cəriməsi var
Vilayət Eyvazov Göyçayda sıra baxışı keçirdi - 230 nəfər növbəti mərhələdə - FOTO - VİDEO
Masallıda atlara işgəncə edən şəxs cəzalandırıldı - VİDEO
Vilayət Eyvazovdan yeniyetmələrlə bağlı TƏLƏB
Azərbaycanda cinayətlərin 90 faizdən çoxu açılıb
Yol qəzalarında ölüm və xəsarətlərin sayı azaldı - Vilayət Eyvazov AÇIQLADI
Vilayət Eyvazov Kollegiya iclası keçirdi - Rəislərə tapşırıqlar verdi
Yol polisi orta məktəbdə uşaqların suallarını cavablandırdı - FOTO
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi
"Mümkün qədər günün işıqlı vaxtı yol çıxın” - DYP
DYP qəzaların gizli səbəblərini üzə çıxaran layihəyə start verdi - VİDEO










