DYP yorğun və yuxusuz halda qəza törədənlərin görüntülərini yaydı - XƏBƏRDARLIQ - VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi lərə müraciət edərək bildirir ki, yorğun və yuxusuz halda nəqliyyat vasitəsini idarə etmək yol hərəkəti təhlükəsizliyi baxımından ən ciddi risklərdən biridir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada baş verən yol-nəqliyyat hadisələrinin təxminən 10–20 faizi sürücülərin yorğunluğu və yuxusuzluğu ilə əlaqədardır.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
"Son zamanlar təəssüf ki, ölkəmizdə də məhz bu səbəbdən baş verən yol-nəqliyyat hadisələrinin sayı artmaqdadır.
Yuxululuğa səbəb olan əsas amillər aşağıdakılardır:
- Yuxu rejiminin pozulması: qeyri-müntəzəm iş qrafiki, gündüzdən gecə növbəsinə keçid və bədənin adaptasiyası üçün kifayət qədər vaxt ayrılmaması;
- Uzun müddət fasiləsiz idarəetmə: iki saatdan artıq fasiləsiz avtomobil idarəetməsinin diqqəti zəiflətməsi və reaksiyanı ləngitməsi;
- Avtomobilin texniki xüsusiyyətləri: müasir avtomobillərin səssiz və rahat olması, eləcə də kruiz-kontrol (avtomobilin sürətini sabit saxlayan sistem) funksiyasının sürücünü arxayınlaşdırması;
- Dərman preparatları: bəzi dərmanların yuxululuq yaratması və bununla bağlı xəbərdarlıqlara əməl edilməməsi.
Qeyd olunmalıdır ki, sükan arxasında cəmi bir neçə saniyəlik yuxulama həm sürücü, həm də digər hərəkət iştirakçılarının həyatı üçün ciddi təhlükə yaradır.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək xəbərdarlıq edir: yorğun və yuxusuz halda sükan arxasına keçməyin, uzun səfərlərdə mütəmadi fasilə verin, dərman preparatlarından istifadə zamanı onların təsirinə diqqətlə yanaşın.
Unutmayın: sükan arxasında yuxuya getmək – bir daha oyanmamaq deməkdir!".
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












