DYP: "Yuxusuz və yorğun halda sükan arxasına keçməyin" - FOTO

Həftəsonları əksər vətəndaşlar istirahət, ailə ziyarəti və ya müxtəlif şəxsi işlərlə bağlı olaraq paytaxtdan rayonlara üz tutur. Bu zaman magistral və digər əsas yollarda hərəkətin intensivliyi xeyli artır və qəza riskidə yüksəlir. Belə şəraitdə hər bir sürücünün daha diqqətli, məsuliyyətli və intizamlı davranması xüsusi əhəmiyyət kəsb edir.
Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edərək bir daha xatırladır ki, sükan arxasında diqqətli olmaq, müəyyən edilmiş sürət həddinə əməl etmək və yola çıxmazdan əvvəl avtomobilin texniki sazlığını yoxlamaq təhlükəsizliyin ən vacib şərtlərindəndir. Xüsusilə təkərlərin vəziyyəti, işıq cihazlarının işlək vəziyyətdə olması, əyləc sistemi və sükan idarəetməsi diqqətlə yoxlanılmalıdır.
Uzun məsafə qət edərkən yuxusuz və yorğun halda sükan arxasına keçmək qəza ehtimalını qat-qat artırır. Bu səbəbdən sürücülər mütləq dincəlməli, zərurət yarandıqda isə yolda qısa fasilələr verməklə özlərini gümrah saxlamalıdırlar.
Yollarda müəyyən olunmuş qaydalara riayət etmək – həm sürücülərin, həm də sərnişinlərin həyatının qorunması üçün yeganə təminatdır. Unutmaq olmaz ki, bir anlıq məsuliyyətsizlik ağır nəticələrə səbəb ola bilər.
Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını diqqətli olmağa, yollarda ehtiyatlı davranmağa çağırır və hər kəsə təhlükəsiz, rahat səfərlər arzulayır.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO













