Elza Seyidcahanın maşınının əlindən alınması ilə bağlı DYP-dən RƏSMİ AÇIQLAMA
Yol polisi
30 Noyabr 2022 19:10

“Yol hərəkəti qaydalarının pozulmasına görə, tərtib olunan cərimələrin ödənişində şərtlər var. Belə ki, cərimə tərtib olunduqdan sonra 10 gün ərzində ödənərsə, 10 faiz güzəşt edilir. Yəni, 50 manatlıq cərimə üçün bu zaman 45 manat ödənilir. Tərtib olunandan sonra 1 ayın tamamına qədər heç bir faiz gəlmir. Belə ki, 50 manat cərimə varsa, elə o qədər də ödənilir. Birinci ayın tamamından sonra isə, hər ötən gün üçün cərimənin 1 faiz məbləğində dəbbə pulu gəlir”.
Bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli cərimələrin ödəniş şərtləri ilə bağlı danışarkən bildirib. O qeyd edib ki, ikinci ayın tamamında avtomobilin saxlanılması üçün bu sistem avtomatik olaraq qərar qəbul edir: “Artıq üçüncü ayın tamamından sonra cəriməni ödəməyən sürücü Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanıla bilər. İnzibati Xətalar Məcəlləsinin 529.3 maddəsi ilə barəsində açılmış protokol məhkəməyə təqdim olunur və məhkəmədə sürücülük hüququnun məhdudlaşdırıması ilə bağlı qərar qəbul edilə bilər. Sürücünün “pulum yoxdur” kimi ifadələrin işlətməsi ona hüquq qazandırmır. Belə ifadə cərimənin ödənilməməsi üçün tutarlı arqument deyil. Cərimə olunmamaq üçün qaydalara riayət etmək lazımdır. Kimliyindən asılı olmayaraq qanun qarşısında hər kəs bərabərdir”.
Araz Əsgərli yol polisi əməkdaşlarının müğənni Elza Seyidcahana qeyd olunanları izah etməklə yanaşı, onu öz avtomobillərində ATV kanalında gedən “Günün Sədası” proqramına şəxsən apardıqlarını da diqqətə çatdırıb: “Sənətçinin çəkilişə gecikməsi nəzərə alınıb və DYP əməkdaşları sənətçinin yüklərinə qədər ona zəruri köməkliyi göstəriblər. Təəsüf ki, müğənninin yol hərəkəti qaydalarının pozulmasına görə, ödənilməmiş müəyyən məbləğdə cərimələri də var”.
Qeyd edək ki, müğənninin 2 000 manata yaxın ödənilməmiş borcu olduğuna dair məlumatlar da paylaşılır.
Oxunub : 1382
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 13:26
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
12 Noyabr 2026 14:41
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
11 Noyabr 2026 12:00
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
10 Noyabr 2026 11:54
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
9 Noyabr 2026 14:00
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
9 Noyabr 2026 11:12
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
7 Noyabr 2026 13:30
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
7 Noyabr 2026 11:54
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
6 Noyabr 2026 17:06
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
6 Noyabr 2026 16:06
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
6 Noyabr 2026 16:00
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
6 Noyabr 2026 12:06
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
ŞƏRH YAZ












