Gecə klublarına görə işdən çıxarılan rəisə yeni VƏZİFƏ VERİLDİ

Ötən il avqust ayında məşhur “İnfiniti” və “Extra” gecə klublarında karantin qaydalarının pozulmasına görə işdən çıxarılan Nərimanov Rayon Polis İdarəsinin rəisi vəzifəni icra edən polis polkovnik-leytenantı Farid Vəliyevə yeni vəzifə verilib.
Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Farid Vəliyev Şirvan Şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi təyin edilib.
Qeyd edək ki, karantində gecə klublarından çəkilən və sosial şəbəkələrdə yayılan videogörüntülərdən sonra DİN obyektlərdə əməliyyat keçirmişdi. Bu zaman müştərilərə qəlyan verildiyi, klubun gecə saat 12-dən sonra da işlədiyi məlum olub. Buna görə “İnfiniti” gecə klubunun rəhbərliyi – Samiq Babayev, Jamal Nasser, “Extra” gecə klubunun rəhbərliyi Dilsuz Dəmirçiyev, Əmrah Yusifov həbs ediliblər.
Həmin hadisəyə görə Farid Vəliyevlə birlikdə Nərimanov RPİ 17-ci Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı İltimas Yusifli də vəzifəsindən azad edilmişdi. Məlumata görə, həmin vəzifəli polislər gecə klublarında karantin rejiminin pozulması hallarına göz yumduqları üçün işdən çıxarılıblar.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












