Gəncədə toy karvanında avtoşluq edən şəxs cəzalandırıldı - FOTO - VİDEO

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində toy karvanında avtoxuliqanlıq edərək ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, araşdırmalarla Elcan Cəfərovun özünə məxsus “VAZ” markalı avtomobili ilə toy karvanında dövlət qeydiyyat nişanını gizlədərək yollarda intizamsızlıq etməsi, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi, digər hərəkət iştirakçılarına təhlükə yaratdığı və həmin hərəkətləri sosial şəbəkələrdə paylaşması məlum olub.
Həmin şəxs saxlanılaraq inzibati məsuliyyətə cəlb olunub.
Bundan başqa bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə qanunla qadağan edilməsinə baxmayaraq kosntruksiya dəyişikliyi edərək təhlükəli manevrlər etməsi də məlum olub.
Həmin sürücülər saxlanılaraq profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
















