Göygöldə polis rəisi məktəblilərlə görüş keçirib - FOTO

Göygöldə polis rəisi məktəblilərlə görüşərək onlarla söhbət aparıb.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Göygöl RPŞ-nin təşkilatçılığı ilə rayonun 6 saylı tam orta məktəbində “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə zamanın çağırışıdır” və “Uşaqlar və yol hərəkəti təhlükəsizliyi” mövzularında tədbir keçirilib.
Tədbirdə RPŞ-nin əməkdaşları, rayon icra hakimiyyətinin, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
RPŞ-nin rəisi, polis polkovniki Zaur Nəsirov bildirib ki, istər valideynlər, istərsə də ictimaiyyətin nümayəndələri, öz gələcəyinə biganə olmayan insanlar bu sahədə fəal mövqe tutmalı, yeniyetmə və gənclərin sağlam həyat yaşaması üçün ciddi addımlar atmalıdır.
O, bildirib ki, bu məqsədlə dövlət tərəfindən narkomanlıqla mübarizə üçün bütün lazımi addımlar atılıb. Xüsusən yeniyetmə və gənclərin məşğulluğu, yüksək təhsili, idmanla məşğul olmaları üçün hər cür zəruri şərait yaradılıb.
Daha sonra tədbirdə digər məruzəçilər çıxış edərək şagirdlər üçün faydalı məlumatlar veriblər.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















