Həkim gələnədək yaralını necə xilas etmək olar? - Polislərə tibbi təlim keçilir - FOTOLAR

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə Daxili İşlər Nazirliyinin əməkdaşlarına ilkin yardım təlimi keçirilib. Avtosfer.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan layihə rəhbəri və moderator Sevda Məmmədzadə iştirakçılara təlimin məqsədi barədə ətraflı məlumat verib. DİN Baş Kadrlar İdarəsinin rəis müavini Şakir Məmmədov sözügedən təlimin şəxsi heyətin bu istiqamətindəki bilik və bacarıqlarının daha da təkmilləşdirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Təlimin əsas məqsədi yol-nəqliyyat hadisələri zamanı təcili tibbi yardım briqadası gələnə qədər polis əməkdaşları tərəfindən zərərçəkənlərə ilkin yardımın göstərilməsi və baş verə biləcək ağırlaşma, ölüm risklərinin azaldılmasından ibarətdir.
Təlimlərin sonunda kursu mənimsəmiş polis əməkdaşlarının sərbəst şəkildə ilkin yardım göstərə biləcəkləri vurğulanıb. İlkin mərhələdə təlimlərə 320 nəfərin cəlb olunduğu bildirilib. Təlimlərin davamlı olması nəzərdə tutulub.
Təlimlər hər qrup üçün 2 gün davam edəcək.
Peşəkar təlimçilər tərəfindən “Amerika Ürək Assosiasiyası"nın ürək-ağciyər reanimasiyası üzrə beynəlxalq protokollarına əsasən keçirilən təlimlər xüsusi mulyajlar üzərində tədris olunur.
Sonda iştirakçılara “First Aid” sertifikatı veriləcək.
Fidan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
















