“İcra nümayəndələri yoxa çıxıb, polis yola duz səpir” – EKSPERT QURUMLARI TƏNQİD ETDİ - VİDEO

Son günlər Azərbaycanda yağan qar ölkədə nəqliyyatın, eləcə də piyadaların hərəkətinə çətinliklər yaradıb. Ekspertlər infrastrukturun qar örtüyü səbəbilə bərbad hala düşməsini qurumların fəaliyyətsizliyi ilə əlaqələndirir.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə vətəndaşların tanımadıqları adamın odarə etdiyi, sürüşən avtomobili qəza olmasın deyə dayandırmağa çalışması ilə bağlı yayılan görüntülər müzakirələrə səbəb olub. Paytaxt sakinləri yaşadıqları ərazinin icra nümayəndələrinin ərazidə tapılmaması, yolları, səkiləri təmizləməməsi ilə bağlı narazılıqlarını ifadə edib.
Mövzunu özünün sosial şəbəkə hesabında canlı yayımda şərh edən nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, əksər nəqliyyat vasitələrinin təkərləri istifadəyə yararsızdır:
“Ölkəyə gətirilən işlənmiş təkərlərlə bağlı ciddi tədbir görmək lazımdır. Çünki xeyli yol-nəqliyyat hadisələrinin baş verməsinin səbəbi məhz həmin təkərlərdir. Belə qarlı havalarda sürücüləri də ziyana salır. Buzlu yollarda avtomobillərin tormoz məsafəsinin lüzumsuz yerə uzanmasına gətirib çıxarır. Asfaltla təkər bir-birilə vəhdət təşkil etmir. Kiminsə zibilə atdığı təkərləri Azərbaycana gətirib sürücülərə problemlər yaradırlar.
Az əvvəl tanışımla telefonla danışırdım. Deyir ki, Bakı-Şamaxı yolundayam, Müşfiqabad ərazisində, yollar sanki şüşədir. Sanki həmin yolların bir sahibi yoxdur. Harada duz səpirlər, harada iş görürlər? Reklam üçün bir-iki şəkil, video çəkdirib sonra yoxa çıxmaq nə deməkdir? Nu qurumlar niyə bu qədər məsuliyyətsizdir öz işlərinə qarşı? Niyə vətəndaşları bu qədər təhlükəyə atırlar? İcra hakimiyyətlərinin nümayəndələri yoxa çıxıblar, yol polisi yola duz tökür ki, təki sürücülərə köməyi dəysin”.
Elməddin Muradlının qarlı havalarda qurumların fəaliyyətsizliyi və qış təkərləri ilə bağlı şərh verdiyi canlı yayımdan həmin hissəni sizə təqdim edirik:
Səfər
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO
DYP həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib
Bakıda əməliyyat keçirildi; maşından 45 kiloqram narkotik tapıldı - RƏSMİ
Yol polisi bu ərazidə sürücüləri cərimə edə bilər? - QANUNLA BELƏDİR
Yol polisi sərxoş və "avtoş" sürücülərə qarşı reyd keçirdi - VİDEO
Yol polisi güclü küləklə bağlı əhaliyə XƏBƏRDARLIQ ETDİ










