"İşıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət edin!" - DYP-dən HAVA XƏBƏRDARLIĞI

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yollarda sürüşmə ehtimalının artması ilə bağlı xəbərdarlıq edib.
Avtosfer.az xəbər verir ki, ölkə ərazisində yağmurlu hava şəraitinin yollarda qəza riskini artırdığı bildirilib.
"Xüsusilə çiskinli havalarda toz-qum, eləcə də avtomobil şinlərindən ayrılan xırda hissəciklər su ilə qarışaraq asfalt üzərində nazik təbəqə formalaşdırır ki, bu da əsasən səhər və axşam saatlarında sürüşmə ehtimalını dəfələrlə artırır. Həmçinin, unutmaq olmaz ki, su gölməçələri də şinlərin yerlə təmasını azaldır ki, bu da sürətlə hərəkət edən avtomobilin istiqamətini qəflətən dəyişə bilər", - xəbərdarlıqda qeyd olunub.
Vurğulanıb ki, BDYPİ dumanlı, çiskinli havalarda görmə məsafəsinin əhəmiyyətli dərəcədə məhdudlaşmasını da nəzərə alaraq, bir daha sürücülərdən sürət həddini minimuma endirməyi, ara məsafəsini normadan artıq saxlamağı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına nəzarət etməyi, yağış sularının yaratdığı gölməçələrdən keçərkən ehtiyatlı olmağı, ətrafdakı insanları nəzərə almağı xahiş edir.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












