Sumqayıtda qar zamanı ağır yol qəzası qeydə alınmayıb - FOTO - VİDEO

Kəskin hava şəraiti ilə bağlı Sumqayıt şəhərində polis əməkdaşları
tərəfindən görülən tədbirlər nəticəsində piyada və sürücülərin iştirakı
ilə ağır yol nəqliyyat hadisəsi qeydə alınmayıb
Avtosfer.az xəbər verir ki, paytaxtla yanaşı Sumqayıt şəhərində də polis əməkdaşları hava şəraiti əlaqədar gücləndirilmiş rejimdə xidmətini davam etdirir. Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada keçidlərində xidmət təşkil olunub. Digər dövlət orqanları ilə birgə yollar, yol nişanları qardan və buzdan təmizlənib, hərəkətin intensiv olduğu yerlərə qum və duz səpilib. Bu istiqamətdə işlər fasiləsiz olaraq davam etdirilir. Sumqayıt Şəhər Polis İdarəsi və Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində sürücü və piyadanların mənzil başına təhlükəsiz şəraitdə çatması təmin edilib. Kəskin hava şəraiti ilə bağlı polis əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində Sumqayıt şəhərində bu günlər ərzində piyada və sürücülərin iştirakı ilə ağır yol nəqliyyat hadisəsi qeydə alınmayıb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














