Kiçik qəzalar zamanı maşını yoldan kənara çıxarmaq lazımdır – DYP-dən SÜRÜCÜLƏRƏ ÇAĞIRIŞ - VİDEO

Paytaxtın bir sıra küçə və prospektlərində son dövrlərdə yaranan sıxlığın səbəbləri sürücülərin ən çox narahat olduğu məsələlərdən biridir.
Avtosfer.az xəbər verir ki, nəqliyyat məsələləri üzrə mütəxəssislər Bakıdakı sıxlığın əsas səbəbi kimi yolayrıcını keçmə qaydalarının kobud şəkildə pozulmasını irəli sürürlər. Sürücülərin vaxtaşırı müşahidə edilən tələskənliyi, işıqforun qırmızı işığında yolayrıcını keçməyə çalışması nəticəsində yaranan qəzalar daha sonra həmin ərazidə, eləcə də ətraf birləşmə və kəsişmələrdə uzunmüddətli tıxacın yaranmasına səbəb olur.
Mövzu ilə bağlı saytımıza açıqlamasında Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi Toğrul Nəsirli deyib ki, nasaz nəqliyyat vasitələrinin istismarı da sıxlığa səbəb olur:
.png)
“Paytaxtın əsas küçələrində, Ziya Bünyadov və Heydər Əliyev prospektləri kimi hərəkətin intensiv olduğu ərazilərdə sadəcə 1 nöqtədə nasazlıq səbəbindən nəqliyyat vasitəsinin dayanması bütün prospekt boyu sıxlığın yaranmasına gətirib çıxarır. Çünki həmin nəqliyyat vasitəsinin arxasınca gələn maşın qarşısındakı avtomobilin nasazlıq səbəbilə dayanmasına görə zolağını dəyişməli olur. Nəzərə alsaq ki, digər zolaqlarda da hərəkət edən avtomobillər var və onların da yol istəyən maşına yol verməsi bir müddət sonra ərazidə sıxlığıq yaradır.

Ona görə də, yaranmış fürsətdən istifadə edərək, sürücülərimizə bir daha çağırış edərək bildirirəm ki, idarə etdikləri nəqliyyat vasitəsinin sazlığına diqqət yetirsinlər”.
Toğrul Nəsirli sonda onu da qeyd edib ki, nəqliyyat vasitələrinə yüngül maddi ziyan dəymiş qəzalar zamanı da şəhərdə sıxlıq yaranır. Bunun səbəbi isə bir-birinə yüngül dəyən avtomobillərin idarəçilərinin maşını yolun hərəkət hissəsindən kənara çəkməməsidir.
Səfər
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












