Maşının qabağını qaldırıb sayrışan işıqla nömrəsiz sürdü; DYP cəzalandırdı - VİDEO

Avtomobilə konstruksiya dəyişikliyi edərək idarə edən sürücünün videosu sosial şəbəkədə paylaşılıb.
Avtosfer.az-ın məlumatına görə, görüntü bir müddət əvvəl axşam saatlarında Göyçay rayonunda qeydə alınıb. Belə ki, 10-XO-458 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsinin arxa yaylarını kəsərək ön hissəsini qaldırıb. Eyni zamanda o, sayrışan işıq cihazları quraşdıraraq avtomobili ön dövlət nömrə nişanı olmadan idarə edib. Kadrda sürücünün lüzumsuz manevrlər etdiyi də aydın şəkildə əks olunub.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a bildirilib ki, “VAZ-2107” markalı avtomobilin sürücüsü Göyçay rayon Dövlət Yol Polisi Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və barəsində protokol tərtib olunaraq inzibati məsuliyyətə cəlb edilib.
Nərmin
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












