Müəllimlər arasında yol hərəkəti qaydaları təbliğ olunur; “Öyrətməyi öyrənək! - FOTOLAR

Fevralın 7-də 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzindı “Öyrətməyi öyrənək!” layihəsi çərçivəsində Bakı şəhəri üzrə uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək rəhbərləri üçün “Yol hərəkəti qaydaları” mövzusunda seminar-məşğələ keçirilib. Tədbirdə Gənclərin Respublika Bədii Yaradıcılıq Evi, 1, 2, 3, 4, 5 və 6 nömrəli Uşaq-Gənclər İnkişaf mərkəzlərindən 20 dərnək rəhbəri iştirak edib. Onlara 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin əməkdaşları Solmaz Qasımova, Fəridə Süleymanova, Sevda Əsgərova, Ülkər Mahmudova və Ziyafət Musayeva tərəfindən müasir təlim üsullarından istifadə etməklə “Svetofor” , “Yol nişanları”, “İctimai nəqliyyatdan istifadə qaydaları”, “Yol hərəkəti iştirakçıları”, “Küçə, yol, yolayrıcı” mövzusunda məşğələlər keçirilib.
Seminar-məşğələni keçirməkdə məqsəd yol hərəkəti qaydalarını bilməyin vacibliyini və azyaşlılara öyrətməyin yollarını göstərməkdir.
Tədbirdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru polis kapitanı Pərvanə Muradova və mərkəzin əməkdaşları da iştirak edib.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO






















