Narkotik qəbul edən sürücü yol polisindən qaçarkən qəza törətdi - FOTOLAR - VİDEO

Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin təsiri altında avtomobil idarə edən daha bir sürücü müəyyən edilib.
Daxili İşlər Nazirliyindən (DİN) Avtosfer.az-a verilən məlumata görə, Bülbülə qəsəbəsində yaşayan Fuad Əsgərliyə idarə etdiyi “VAZ 2106” markalı avtomobilin sükanı arxasında olan zaman “saxla” işarəsi verilib.
Sürücü yol polislərinə tabe olmayıb və avtoxuliqanlıq edərək hərəkətini davam etdirib. Ramana qəsəbəsində Fuad Əsgərli idarəetməni itirib və avtomobili “Mersedes” markalı başqa avtomobilə vuraraq qəza törədib. İlkin sorğu zamanı sürücü nəqliyyat vasitəsini narkotik vasitə qəbul edərək idarə etdiyini bildirib.
Təyin olunan ekspertizanın nəticəsində Fuad Əsgərlinin sükan arxasında narkotik vasitənin təsiri altında olduğu bir daha sübuta yetirilib. Həmçinin aparılan araşdırmalar zamanı sürücünün idarəetdiyi avtomobilin dövlət nömrə nişanını da dəyişdiyi və Suraxanı rayonunda dəfələrlə avtoxuiliqanlıq hərəktləri edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu müəyyən edilib.
Sürücü barəsində protokol tərtib olunub. Fuad Əsgərlinin törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














