Naxçıvanda “Təmiz hava” aylığı çərçivəsində növbəti ekoloji reyd keçirilib - FOTO

Naxçıvan Muxtar Respublikası Daxili işlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti əməkdaşlarının birgə iştirakı ilə “Təmiz hava” aylığı çərçivəsində ekoloji reyd keçirilib. Avtosfer.az xəbər verir ki, reyd zamanı Naxçıvan şəhərinin mərkəzi küçə və prospektlərində xüsusi cihaz vasitəsilə daxiliyanma mühərrikli avtomobillərdən çıxan qazların tərkibindəki zərərli maddələrin miqdarı ölçülüb. Normadan artıq zəhərli qaz ixrac edən avtomobillərin sürücüləri ilə profilaktik maarifləndirici söhbətlər aparılaraq xəbərdarlıq olunub. Avtomobillərinin normadan artıq zəhərli qaz buraxmasına səbəb olan nasazlıqların dərhal aradan qaldırılması tövsiyə olunub.
Dövlət Yol Polisi İdarəsinin əməkdaşı polis mayoru Ayaz İsmayılov jurnalistlərə verdiyi açıqlamada reydin keçirilməsində əsas məqsədin atmosferə buraxılan zəhərli maddələrin minimuma endirilməsi və bu barədə sürücülərin maarifləndirilməsi olduğunu bildirib:
“Təmiz hava” aylığı çərçivəsində reydlərin birinci mərləhəsi 10 iyun tarixinədək davam edəcək. Qeyd olunan tələblərə cavab verməyən və atmosferə buraxdığı zəhərli qazların miqdarı normadan artıq olan nəqliyyat vasitələrinin sürücüləri inzibati xətalar məcəlləsinin 342.5 ci maddəsinə əsasən cərimə olunacaqlar”.








Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












