Naxçıvanda "Təmiz hava" aylığı tədbiri keçirildi: Bəzi sürücülərə xəbərdarlıq edildi - FOTO

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Naxçıvan şəhərindəki avtovağzal kompleksində və avtobus parkında "Təmiz hava" aylığı tədbiri keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, tədbir çərçivəsində xüsusi cihaz vasitəsilə daxiliyanma mühərrikli nəqliyyat vasitələrindən çıxan qazların tərkibindəki zərərli maddələrin miqdarı ölçülüb.
Normadan artıq zəhərli qaz ixrac edən ictimai nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər aparılaraq xəbərdarlıq olunub. Nəqliyyat vasitələrindən atmosferə normadan artıq zəhərli qaz buraxmasına səbəb olan nasazlıqların dərhal aradan qaldırılması tövsiyə olunub.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşı Aygün Rüstəmova və Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru Ayaz İsmayılov kütləvi informasiya vasitələrinə açıqlama verərək reydin keçirilməsində əsas məqsədin atmosferə atılan zəhərli maddələrin minimuma endirilməsi və bu barədə sürücülərin maarifləndirilməsi olduğunu bildiriblər.
Vurğulanıb ki, bu tədbir ətraf mühitin təmizliyinin, təhlükəsizliyinin qorunmasına və ekoloji nəzarətin gücləndirilməsinə bilavasitə xidmət edir. Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə olunmasına və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyənləşdirilən qaydada məsuliyyət daşıyırlar.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO















