Neftçalada “Ağ ölüm bəşəriyyətin bəlasıdır” mövzusunda tədbir keçirilib - FOTO

Neftçala Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Astanlı kənd tam orta məktəbində “Ağ ölüm bəşəriyyətin bəlasıdır” və “Erkən nikaha qətiyyətlə yox deyək” mövzularında maarifləndirici tədbir keçirilib.
Tədbirdə Təhsil şöbəsinin nümayəndələri, RPŞ-nin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.
Görüşdə çıxış edən Rayon Polis Şöbəsinin rəisinin Şəxsi Heyətlə İş üzrə Köməkçisi, polis kapitanı Valeh Hətəmov narkotik vasitələrin insan sağlamlığına vurduğu zərərlərdən danışıb. O, bildirib ki, “Ağ ölüm” adlandırılan narkomaniya cəmiyyət üçün ən böyük bəlalardan biridir və bu maddələrin aludəçisinə çevrilmiş şəxslər həyatlarını tamamilə məhv edirlər. Zərərli vərdişlərə qurşanan gənclər tamamilə cəmiyyətdən təcrid olunur, ailə, əxlaq dəyərlərindən uzaq düşür və bir daha normal həyata qayıda bilmirlər.
“Erkən nikaha qətiyyətlə yox deyək” mövzusunda çıxış edən digər tədbir iştirakçıları yeniyetmə vaxtlarında gənclərin, xüsusən də qızların ailə qurmasının onların gələcəkdə fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törətdiyini qeyd ediblər.
Tədbirin sonunda narkotiklərin zərərli təsiri ilə bağlı videoçarxlar nümayiş etdirilib və məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













