Neftçalada “Zərərli vərdişlərə yox deyək!” mövzusunda tədbir keçirilib - FOTO

Neftçala Rayon Polis Şöbəsinin və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə Neftçala Peşə Məktəbində “Zərərli vərdişlərə yox deyək!” mövzusunda tədbir keçirilib.
Görüşdə polis şöbəsinin əməkdaşları, Gənclər Fondunun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin və Neftçala Rayon Mərkəzi Xəstəxanasının nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər keçirilən görüşün mahiyyətindən danışaraq, narkotiklərin insan sağlamlığına zərərli təsiri haqqında geniş məlumatlar veriblər. Zərərli maddələrin - "ağ ölümün" aludəçisinə çevrilən gənclərin sonu olmayan vərdişlərdən qurtulması yollarını diqqətə çatdıran məruzəçilər, bu istiqamətdə görülən işlərdə cəmiyyətin bütün üzvlərinin fəal iştirakının vacibliyini qeyd ediblər.
Tədbirin sonunda insanda asılılıq yaradan, onun bütün gələcəyini və şəxsi həyatını məhv edən narkotiklərin zərərlərindən bəhs edən film nümayiş etdirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
















