Nömrəni bu vəziyyətdə saxlayanların DİQQƏTİNƏ - DYP-dən XƏBƏRDARLIQ - FOTO

Əlverişsiz hava şəraitində, xüsusilə qarlı havada avtomobilin üzəri qar təbəqəsi ilə örtülür. Bəzi sürücülər maşının üzərinə yığılan qarı tam təmizləmədən hərəkətə başlayırlar. Bu isə görməni məhdudlaşdırır, hətta qar örtüyünün avtomobilin ön yaxud arxa alın şüşəsinə düşərək qəza riskinə səbəb olur. Digər tərəfdən nəqliyyat vasitələrinin dövlət nömrə nişanları görünməz hala düşür ki, bu da bir qisim sürücülərin qayda pozmalarına şərait yaradır.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi nömrəsi görünməz halda olan avtomobil sahiblərinə müraciət edib. İdarənin bölmə rəisi polis kapitanı Toğrul Nəsirli Avtosfer.az-a bildirib ki, mövcud hava şəraitiylə əlaqədar nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının görünüşü məhdudlaşır və bəzi sürücülər bu vəziyyətdə avtomobili idarə edirlər: “Sürücülərdən xahişimiz odur ki, qarlı havada sükan arxasına keçməzdən öncə dövlət qeydiyyat nişanlarına diqqət yetirsinlər. Dövlət nömrə nişanı görünməz haldadırsa onun təmiz saxlanılmasını təmin etsinlər”.
Qeyd edək ki, qanunvericiliyə görə, sürücü yol boyu avtomobilin dövlət nömrə nişanını görünən vəziyyətdə saxlanılmasını təmin etməlidir.
Xatırladaq ki, hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət nömrə nişanının təmiz saxlanılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 342.1.7-ci maddəsinə əsasən, 40 manat məbləğində cərimə nəzərdə tutulub.
Nərmin


Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO














