Mağazalardan oğurluq etdi: Yol polisləri maşını saxlayanda özünü bıçaqladı

Qubada mağazadan oğurluq edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə martın 2-də saat 3 radələrində Quba rayonunun İqriq kəndi ərazisindəki bir mağazadan şüşəni sındırmaq yolu ilə 480 manat dəyərində tütün məmulatı, İsnov kəndi ərazisində isə digər bir mağazanın qarşısından inşaat materiallarının oğurlanması barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılmış və hadisənin “Khazar” markalı avtomobilin sürücüsü tərəfindən törədilməsi aşkar edilib.
Görülmüş tədbirlərlə həmin avtomobil Bakı-Quba yolunun 26-cı kilometrliyində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Hadisəni törətməkdə şübhəli bilinən Siyəzən rayon sakini, əvvəllər oğurluq və soyğunçuluğa görə məhkum olunmuş İ.Bəylərov polis əməkdaşları tərəfindən saxlanılarkən o, özünün qarın nahiyəsinə bıçaqla daxilə nüfuz etməyən yüngül xəsarət yetirib.
İ.Bəylərov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.
Araşdırma aparılır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













