Ölümlə nəticələnən qəzaların əksəriyyəti niyə həftə sonu baş verir? – DYP-dən AÇIQLAMA

Son statistikalara görə, ölkədə baş verən ağır qəzalar məhz həftənin şənbə və bazar günlərinə təsadüf edir. Bu dövrün xüsusiyyətləri, xüsusilə cümə axşamı və şənbə günləri, sürücülərin sərbəst zamanlarını daha çox avtomobillə keçirməsi ilə əlaqələndirilir. Həmçinin həftəsonları daha çox insanın gecə saatlarında nəqliyyat vasitələrini idarə etməsi və bəzən spirtli içki qəbul etməsi təhlükənin artmasına səbəb olur.
Avtosfer.az xəbər verir ki, bu barədə BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyev öz sosial şəbəkə hesabından paylaşım edib.
Rövşən Tağıyev bildirib ki, son statistik göstəricilərə əsasən, ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin əksəriyyəti həftəsonları baş verir:

“Qəzalarının bir çoxu sürücülərin müxtəlif qayda pozuntuları nəticəsində meydana gəlir. Bu pozuntular arasında ən çox rast gəlinənlər sürücülərin yüksək sürətlə hərəkət etməsi, ötmə qaydalarını pozması, yorğun halda sükan arxasına keçməsi və ya telefondan istifadəsidir.
Yol hərəkəti qaydalarına riayət etmək hər bir sürücünün vəzifəsidir. Qaydalara əməl etməklə, biz yalnız öz həyatımızı deyil, başqalarının həyatını da qorumuş oluruq”.
Eltac Zülfqaroğlu
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO
DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO












