Piyadalar keçiddə bunları etməmələdir! - Yol polisindən VİDEOÇARX

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi piyadalara həsr edilmiş videoçarx hazırlayıb.
Avtosfer.az xəbər verir ki, bu videoçarx piyadaların nizamlanmayan keçidlərdən düzgün istifadə qaydalarını izah edir və onların təhlükəsizliyini təmin etmək üçün vacib məqamlara toxunur.
Videoçarxda vurğulanır ki, piyadaların nizamlanmayan keçidlərə ehtiyatsız şəkildə, yəni birbaşa daxil olması ciddi təhlükə yaradır. Bu cür davranış həm piyadaların, həm də sürücülərin həyatı üçün risklidir. Buna görə də, piyadalar yolu keçməzdən əvvəl müəyyən təhlükəsizlik tədbirlərinə riayət etməlidirlər.
Qaydalara əsasən, yolu keçmək istəyən piyadalar, ilk növbədə, keçidə yaxınlaşaraq avtomobillərin gəldiyi istiqamətə baxmalıdırlar. Eyni zamanda ətrafı müşahidə edərək yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin olub-olmadığını müəyyənləşdirməlidirlər.
Yalnız avtomobillərin dayanması və ya təhlükəsiz keçid üçün kifayət qədər məsafənin olmasına əmin olduqdan sonra yolu keçməyə başlamalıdırlar.
Keçid zamanı tələsməmək, diqqətli olmaq və mümkün qədər göz kontaktı qurmaq tövsiyə edilir.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi piyadaların yol hərəkəti qaydalarına riayət etmələrinin vacibliyini bir daha vurğulayaraq bildirir ki, hər kəs öz təhlükəsizliyini düşünməli və başqalarının həyatını da riskə atmamalıdır.
Fərid
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












