Polis dumanlı hava ilə bağlı sürücülərə MÜRACİƏT ETDİ

Daxili İşlər Nazirliyi (DİN) dumanlı hava ilə bağlı Bakıda və Abşeron yarımadasında görünüş məsafəsinin 200-600 metrədək məhdudlaşması ilə bağlı sürücülərə müraciət edib.
DİN-in Mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, sürücülər dumanlı havanı nəzərə almalı, nəqliyyat vasitələrini diqqətli idarə etməlidirlər:
“Sürücülərdən sürət həddini hava şəraitinə uyğun nizamlamaları, avtomobillərinin xarici işıq cihazlarının sazlığına əmin olmaları, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmələri xahiş olunur”.
Nazirlik bugünlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsinin məqsədəuyğun hesab edildiyini qeyd edib.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidməti dekabrın 19-dək hava şəraitinin dumanlı olacağı ilə bağlı məlumat yayıb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












