Polis mayoru: “Yağışlı havada sürəti deyil, məsuliyyəti artırmaq lazımdır”

“Yağışlı hava şəraiti zamanı sürət həddini aşan sürücülərin yol-nəqliyyat hadisələrinə səbəb olmaları ilə bağlı faktların sayında artım olub. Bu səbəbdən də sürücülər dəyişkən hava şəraiti olduqda sürət həddini deyil, məsuliyyəti daha da artırmalıdırlar”.
Avtosfer.az xəbər verir ki, bu fikirləri Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında nəqliyyatın sıxlığı ilə bağlı mövzuya münasibət bildirərkən deyib.
O bildirib ki, bir yolda ki sürət həddi 90 km/saat müəyyən olunubsa, yağışlı havada sürücü məhz bu sürətlə hərəkət etməli deyil:
“Hava şəraiti nəzərə alınmalı və təyin edilən sürət həddi çərçivəsində orta sürət həddi seçilməlidir. Avtomobillər qışa hazırlıqlı olmalıdır, nasaz nəqliyyat vasitəsi ilə yola çıxmaq olmaz. Nasaz avtomobillərlə bağlı dövlət proqramı çərçivəsində aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür. Təəssüf ki, bu gün yollarda təhlükəsizlik baxımından müəyyən standartlara cavab verməyən nəqliyyat vasitələri var. Yaxın gələcəkdə bu nəqliyyat vasitələrinin daha yeniləri və ən əsası - təhlükəsizlik normalarına, standartlara cavab verən avtomobillərlə əvəz edilməsi üçün addımlar atılacaq”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












