Postun yanında kobud qayda pozan taksi sürücüsü saxlanıldı - "Maşında əlil uşaq var idi..." - VİDEO

Bakı-Şamaxı yolunda yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücü avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 4-də saat 19:08 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Müşfiqabad postunun yaxınlığında qeydə alınıb. Kadrdan da göründüyü kimi, 99-HP-119 dövlət nömrə nişanlı “Khazar” markalı avtomobilin sürücüsü ardıcıl olaraq manevr qaydasını pozub. Belə ki, o, təhlükəli formada zolaqları dəyişməklə riskli manevrlər edib və bu vaxt digər hərəkət iştirakçılarına qəza şəraiti yaradıb.
Ardınca qayda pozan sürücü postdan sonrakı piyada keçidində piyadalara yol verən maşına çırpılmaqdan son anda yayınıb.
Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayından Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən sürücü - Füzuli rayonu, Dövlətyarlı kənd sakini Əlizadə Elşən Bilal oğlu müəyyən olunaraq saxlanılıb.
Taksi fəaliyyətiylə məşğul olan sürücü qeyd edib ki, avtomobilində olan fiziki məhdudiyyətli azyaşlı sərnişinin halı qəfil pisləşib. Bu səbəbdən o, uşağı təcili xəstəxanaya çatdırmaq üçün qaydaları pozmaq məcburiyyətində qaldığını vurğulayıb.
Qeyd edək ki, sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə tətbiq edilib.
Nərmin
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












