“Qanunsuz parklanmaların, dayanma və durmaların qarşısı alınsın!” – NAZİRDƏN RƏİSLƏRƏ TAPŞIRIQ - FOTO

Daxili İşlər Nazirliyinin bu gün keçirilən Kollegiya İclasında polis əməkdaşlarının qarşısında duran bir sıra vəzifələrə toxunulub.
Avtosfer.az xəbər verir ki, nazir general-polkovnik Vilayət Eyvazov iclasda çıxış edərkən cinayətkarlıqla mübarizədə, xüsusən informasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərin açılması və belə hüquqazidd əməllərə yol verən şəxslərin müəyyən edilib məsuliyyətə cəlb olunması işinin gücləndirilməsinin vacibliyini də diqqətə çatdıraraq bu sahədə təbliğat işinin effektivliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən maarifləndirmə materiallarının hazırlanıb ictimaiyyətə çatdırılması ilə bağlı konkret tapşırıqlar verib.

Paytaxtda nəqliyyat sıxlığının mövcudluğuna və tıxacların yaranmasına da diqqət çəkən nazir aidiyyəti qurumlarla birgə bu cür halların, o cümlədən nəqliyyat vasitələrinin və piyadaların sərbəst, rahat, təhlükəsiz hərəkətinə mane olan qanunsuz parklanmaların, dayanma və ya durmaların qarşısının alınmasını, insanların həyat və sağlamlığının yol-nəqliyyat qəzalarından qorunması işinin effektivliyinin artırılmasını tələb edib, habelə yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində qarşıda duran vəzifələri müəyyən edib.
Səfər
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












