Qaxda yolu piyada keçidlərindən keçməyənlər cərimələndi - FOTO

Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması, eləcə də onların maarifləndirilməsi məqsədilə şəhər ərazisində profilaktik tədbirlər keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, xüsusilə də şəhərin mərkəzi küçə və prospektlərində keçirilən tədbirlər zamanı piyada keçidlərindən istifadə etməyərək özlərinin, eləcə də digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükə yaradan şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunub. Onlara qaydalar barədə ətraflı məlumat verilib və bu kimi halların piyadaların xəsarət almasına, bəzi hallarda həyatını itirməsinə səbəb olduğu izah edilib.
Aparılan maarifləndirici tədbirlərə baxmayaraq analoji qayda pozuntusuna yol verən piyadalar barəsində inzibati tənbeh tədbirləri görülüb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













