Qaxda narkomaniyanın zərərləri ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO

Qaxda narkomaniyanın zərərləri ilə bağlı maarifləndirici tədbir keçirilib
Yeniyetmə və gəncləri zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onlar arasında sağlam həyat tərzini təbliğ etmək məqsədilə Qax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ləkit kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edən rayon polis şöbəsinin rəisi, polis polkovniki Vidadi Qurbanov narkomaniyanın cəmiyyət üçün təhlükə mənbəyi olduğunu diqqətə çatdıraraq, bu bəlaya qarşı ölkəmizdə aparılan mübarizədən, qəbul olunan dövlət proqramlarından danışıb, eləcə “ağ ölüm”ün zərərləri ilə bağlı təhsil müəssisələrində keçirilən genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb. V.Qurbanov məktəblilərə gələcək həyatlarında da narkotik vasitələrdən uzaq olmalarını, təhsilə, idmana maraq göstərmələrini tövsiyə edib.
Daha sonra mövzu ətrafında şagirdlərin sualları cavablandırılıb və narkomaniyanın fəsadlarını əks etdirən videoçarx nümayiş olunub.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















