“Sağlam həyat naminə narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib

Qax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 5 saylı tam orta məktəbdə “Sağlam həyat naminə narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib. Zərərli vərdişlər barədə şagirdləri maarifləndirmək məqsədilə keçirilən tədbirdə hüquq-mühafizə orqanlarının əməkdaşları, veteranlar, müəllimlər və məktəblilər iştirak ediblər.
Görüşdə çıxış edən RPŞ-nin rəisi Vidadi Qurbanov müasir dövrümüzdə insanlıq üçün böyük bəlaya çevrilən “ağ ölüm” ilə mübarizənin vacibliyindən, bu problemə daim ictimai nəzarətin zəruriliyindən danışıb və təhsil müəssisələrində keçirilən maarifləndirmə tədbirlərinin önəmini vurğulayıb.
Daha sonra çıxış edənlər narkomaniyanın fəsadları haqqında ətraflı məlumat verib, sağlam həyat tərzinin üstünlüklərini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Sonda şagirdləri maraqlandıran suallar ətrafında diskussiya aparılıb və mövzu ilə əlaqəli videoçarx nümayiş olunub.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















