Qəbələdə sərxoş halda maşın sürən şəxs həbs olunub - FOTO

Qəbələ Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən sərxoş vəziyyətdə avtomobil idarə edərək özü ilə yanaşı digər hərəkət iştirakçıları üçün də təhlükə yaradan sürücü saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, keçirilən tədbirlər zaman “VAZ-2106” markalı avtomobili idarə edən sürücü, rayon sakini İlqar Seyidzadə qaydaları pozduğu üçün yol polisi əməkdaşı tərəfindən ona “saxla” işarəsi verilib. Yoxlama zamanı onun sürücülük hüququ olmadan sərxoş vəziyyətdə nəqliyyat vasitəsi idarə etdiyi aşkarlanıb. Həmin şəxs barəsində protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə İ.Seyidzadə 15 sutka inzibati həbs olunub.
Qeyd edilib ki, İ.Seyidzadə cari il ərzində artıq ikinci dəfə sərxoş vəziyyətdə (birinci dəfə narkotik vasitənin təsiri altında) avtomobil idarə etdiyi üçün barəsində qanunamüvafiq tədbir görülüb. Onun sosial şəbəkə səhifələrində yol polisi əməkdaşları tərəfindən guya qanunsuz saxlanılması barədə səsləndirdiyi iddialar isə əsassızdır.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













