Rövşən Tağıyev: "Bir il ərzində milyondan çox insan qəza səbəbi ilə həyatını itirir"

"Bir il ərzində dünyada 1 milyon 300 mindən çox insan yol-nəqliyyat hadisələri səbəbi ilə həyatını itirir".
Avtosfer.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə keçirilən "İctimai proseslər media müstəvisində" mövzusunda forum çərçivəsində "Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində" adlı panel müzakirə zamanı Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev deyib.
O bildirib ki, 5-10 yaş aralığında ölüm səbəbləri arasında yol-nəqliyyat hadisələri birinci yerdədir.
O, həmçinin qeyd edib ki, Azərbaycanda medianın gücü sayəsində avtoxuliqanlığa qarşı münasibət dəyişib:
"On il əvvəl avtoxuliqanlıq edənlər qəhrəmanlaşdırılırdısa, hazırda onlara qarşı mənfi münasibət var. Bu da insanların belə əməllərdən qaçmasına səbəb olub. Bu məsələdə medianın rolu danılmazdır".
R.Tağıyev, həmçinin qeyd edib ki, statistik nəticələrə görə, Azərbaycanda yol-nəqliyyat hadisələri və onlar nəticəsində baş verən ölüm hallarında azalma müşahidə edilir.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












