Yol polisi azərbaycanlı sürücünü başından güllələdi - ANBAAN VİDEO

Novosibirsk yaxınlığında yol polisinin qaydanı pozan şəxsləri təqib etməsi faciə ilə başa çatıb.
Nocomment rus teleqram kanallarına istinadən xəbər verir ki, yol polisi Moşkovo qəsəbəsindən Novosibirsk istiqamətində hərəkət edən və bütün şüşələrinə plyonka vuran maşına “dayanma” əmri verib. Amma sürücü maşını saxlamayıb və polislər onu əqib etməyə başlayıblar.
Bir müddət sonra yol kənarından dayanan maşından düşən 19 yaşlı sürücünü polislər öz maşınlarına oturtmağa cəhd ediblər. Bu zaman maşında olan sərnişinlərdən biri hadisəni telefona yazmağa başlayıb, digər sərnişin isə dostuna kömək etməyə yollanıb.
Bu zaman 39 yaşlı polis əməkdaşı Aleksandr tapançasını çıxararaq 19 yaşlı Vəkil adlı şəxsi sakitləşdirməyə çalışıb, maşının ön tərəfində onun qollarını qandallamağa cəhd edib. Gözlənilmədən silah onun əlində açılıb və güllə Vəkilin başına dəyib. Hadisə yerində huşunu itirən Vəkil yaxınlıqdakı xəstəxanaya ağır vəziyyətdə çatdırılıb. Vəkilin əslən Azərbaycandan olduğu deyilir.
İstintaq başlayıb, faktlar araşdırılır, polis əməkdaşına qarşı “vəzifə səlahiyyətlərini aşma” və “ehtiyatsızlıqdan sağlamlığa ağır xəsarət yetirmə” maddələri ilə cinayət işi qaldırılıb.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












