Sabirabad postunda sərxoş sürücüdən külli miqdarda narkotik götürüldü - VİDEO - FOTO

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən sərxoş vəziyyətdə, nömrəsiz avtomobil idarə edən və avtomobilinin yük yerində külli miqdarda narkotik vasitə daşıyan sürücü aşkarlanaraq saxlanılıb.
Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin 729 saylı Sabirabad postunda xidmət aparan əməkdaşlar Vüqar Qasımov və Xəyal Ələkbərov nömrəsiz şəkildə "VAZ - 21015" markalı avtomobil idarə edən 1976-cı il təvəllüdlü Zəfər Haqverdi oğlu Səfərovu saxlayıblar. Sürücünün sürücülük vəsiqəsi və avtomobilə dair etibarnaməsi olmadığından posta dəvət olunub. Sürücünün spirtli içki qəbul etməsinə əsaslı şübhələr yarandığından o, alkotestr vasitəsilə yoxlanılmış və bu zaman onun sərxoş olması müəyyən edilmişdir. Sürücü özünü şübhəli apardığından avtomobilə baxış keçirilmiş və bu zaman avtobobilin yük yerində külli miqdarda narkotik vasitə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Könül
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















