Sabunçu DYP reyd keçirdi: yük maşınları, piyadalar, dayanma-durma... - VİDEO

Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində maarifləndirici reyd keçirib. Avtosfer.az xəbər verir ki, tədbir zamanı gündüz saatlarında hərəkət edən yük maşınları saxlanılıb. Sürücülərlə söhbətlər aparılıb və qanunvericiliyin tələbləri izah edilib. Eyni zamanda qayda pozan yük maşını sürücüləri barəsində inzibati qaydada protokol tərtib olunub və maşınlar hərəkətdən uzaqlaşdırılıb.
Daha sonra dayanma-durma qaydalarını pozan sürücülərə qarşı tədbirlər davam etdirilib. Avtomobili qanunsuz olaraq park edən sürücülər barəsində inzibati qaydada protokol tərtib olunub. Bəzi sürücülərlə söhbətlər aparılıb.
Eyni zamanda dayanacaqdan kənarda avtobus saxlayan sürücülər, yolu təyin olunmamış yerdən keçən piyadalarla da iş aparılıb. Qayda pozuntuların ağır nəticələri barədə məlumat verilib.
Reyd zamanı yükdaşıma qaydalarını pozan, ödənməmiş cərimələri olan, sürət həddini aşan sürücülər də aşkarlanıb və barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Reyddən hazırlanmış videonu təqdim edirik:
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












