Sakinlərin şikayətinə DYP-dən REAKSİYA: “Sürücülər 30 manat cərimə oluna bilərlər” - VİDEO

“Avtomobil yollarında lüzumsuz yerə siqnallardan istifadə edən sürücüləri diqqətli olmağa səsləyirik. Paytaxt sakinləri hər gün yollarda hərəkətin fasiləsizliyinin tənzimlənməsi, eləcə də milyonlarla insanın mənzilbaşına təhlükəsiz şəraitdə çatması üçün atılan addımlara dəstək olsunlar”.
Bu barədə oxu.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli avtomobil yollarında sürücülərin gecə-gündüz lüzumsuz səs siqnallarından istifadəsinə dair əhali arasında yaranan çoxsaylı şikayətlərə cavab olaraq qeyd edib.
Polis mayoru vurğulayıb ki, gündəlik rastlaşılan sıxlıqlarda yaşanan stresi başa düşürlər, lakin sükan arxasında təmkinli və ehtiyatlı olmaq lazımdır:
“Yol hərəkəti iştirakçılarından tez-tez eşitdiyimiz şikayətlər bu istiqamətdədir. Xüsusilə gecə saatlarında, səhər gur saatlarda tıxaclarda tez-tez siqnallardan istifadə edilməsi əhali arasında narazılığa səbəb olur. Lüzumsuz olaraq səs siqnallarından istifadə etmək İnzibati Xətalar Məcəlləsinin 329-cu maddəsinə uyğun olaraq 30 manat məbləğində cərimə deməkdir.
Qanunvericilik səs siqnallarının təyinatı üzrə istifadə edilməsini tənzimləyir. “Yol hərəkəti haqqında” Qanunda sürücünün səs siqnallarından qəza hallarından yayınmaq, eləcə də şəhərlərarası yollarda yalnız digər sürücüdən yol istəmək məqsədilə istifadə edə biləcəyi qeyd edilib. Əks təqdirdə şəhəriçi yollarda səs siqnallarından istifadə lüzumsuz qiymətləndirilir və əhalinin narazılığına səbəb olur.
Dünya meqapolislərində belə, yollarda sürücülərin səs siqnallarından istifadə etmədən nəqliyyat vasitələrini idarə etmələri həmin şəhərlərin mədəni mühitinin yüksək olduğuna işarədir. Çalışaq ki, biz də paytaxtımızı mədəni mühiti yüksək olan şəhərlər sırasında saxlayaq”.
Polis valideynlərə çağırış etdi - VİDEO
Bu cür qayda pozuntuları ölümə aparır - DYP-dən bu sürücülərə XƏBƏRDARLIQ
Maşını texniki baxışdan keçirmək istəyənlərin nəzərinə - Şad xəbər - VİDEO
Yol polisi orta məktəblərdə uşaqların suallarını cavablandırdı - FOTOLAR
DYP maşını yol kənarlarına atıb gedən yük avtomobili sürücülərinə çağırış etdi - VİDEO
Yol polisi Sabunçuda uşaqlarla maraqlı görüş keçirdi - Patrul maşını ətrafında müzakirə - FOTOLAR
DYP dumanlı havaya görə hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Yolun hərəkət hissəsinə çıxmayın - DYP-dən piyadalara ÇAĞIRIŞ - VİDEO
"Avtoş"lar, sərxoşlar və digər qayda pozan sürücülər cəzalandırıldı - Nəsimidə reyd - FOTO - VİDEO
"Bu, sürücülərin əsas vəzifəsidir" - Yol polisindən xəbərdarlıq
Aeroport yolunda hərəkət məhdudlaşdırılacaq - DYP alternativ yolu açıqladı - FOTO









