Yol polisi uşaqlarla maarifləndirici tədbir keçirib - FOTO
Yol polisi
30 Noyabr 2022 18:15

Noyabrın 30-da 2022-ci il tarixində “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsi və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 266 nömrəli tam orta məktəbdə “Uşaqlar yol hərəkət qaydalarını necə öyrənib?” mövzusunda intellektual yarış keçirilib.
Məqsəd uşaqlar arasında yol hərəkəti təhlükəsizliyi, yol mədəniyyəti barədə məlumatlılığı artırmaq və onların yeni biliklər öyrənməsini təmin etməkdir.
Tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis baş leytenantı Pərvanə Muradova, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis leytenantı Rüstəm Əhmədli, Azərbaycan Milli Avtomobil Kulubu Əməkdaşı Layihə Meneceri Həsən Xıdırov, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları, müəllimlər, uşaqlar və valideynlər iştirak edib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis baş leytenantı Pərvanə Muradova və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici söhbətlər aparıb. Uşaqlara mövzu ilə bağlı videoçarx nümayiş olunub. Azərbaycan Milli Avtomobil Kulubu Əməkdaşı Layihə Meneceri Həsən Xıdırov yol təhlükəsizliyini necə yaxşılaşdırmaq və məktəb ərazilərində yol hərəkəti qurbanlarının azaldıla biləcəyi məqsədilə görülən işlərdən danışıb.
Tədbir zamanı mövzu ilə bağlı yarış keçirilib. Yarışın münsiflər heyəti Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis baş leytenantı Pərvanə Muradova, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis leytenantı Rüstəm Əhmədli, Azərbaycan Milli Avtomobil Kulubunun əməkdaşı Layihə Meneceri Həsən Xıdırov, Bakı şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodisti Cəmilə Qənbərova olub.
20 nəfər ibtidai sinif şagirdlərindən təşkil olunmuş 4 komanda arasında keçirilən yarışda uşaqların yol hərəkəti qaydaları ilə bağlı nəzəri bilikləri ekranda əks olunan suallarla yoxlanılıb. “Sərnişinlər” komandası I, “Polislər” komandası II, “Piyadalar” komandası III yeri tutaraq diplomlarla təltif olunublar. Yarışın sonunda AMAK Təşkilatı tərəfindən məktəblilərin qorunması adlı şəkilli bukletlər paylanıb.
Sonda 266 nömrəli tam orta məktəbin rəhbərliyi yarışın təşkilatçılarına təşəkkürünü bildirdi.
Oxunub : 2806
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 13:26
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
12 Noyabr 2026 14:41
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
11 Noyabr 2026 12:00
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
10 Noyabr 2026 11:54
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
9 Noyabr 2026 14:00
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
9 Noyabr 2026 11:12
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
7 Noyabr 2026 13:30
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
7 Noyabr 2026 11:54
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
6 Noyabr 2026 17:06
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
6 Noyabr 2026 16:06
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
6 Noyabr 2026 16:00
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
6 Noyabr 2026 12:06
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
ŞƏRH YAZ































