"Saxla" əmrinə tabe olmayan "avtoş" tutuldu - FOTO - VİDEO

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı yol hərəkəti qaydalarını və ictimai asayişi kobud şəkildə pozan sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, rayonun Çayarxı kənd sakini Əmrah Qədimalıyev sürücülük hüququ olmadan idarə etdiyi əmisinə məxsus “VAZ-2107” markalı avtomobillə intizamsızlıq edərək qaydaları kobud şəkildə pozub. Yol polisinin “saxla” əmrinə tabe olmayan sürücü əməllərini davam etdirib və digər hərəkət iştirakçılarına da təhlükə yaradıb.
Görülmüş tədbirlərlə həmin şəxs saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilib və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə Əmrah Qədimalıyev 500 manat məbləğində cərimə edilib.

_1674025157.jpeg)
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












