Səfərdən dönən sürücülərə DYP-dən MÜRACİƏT

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) səfərdən dönən yol hərəkəti iştirakçılarına müraciət edib.
Avtosfer.az xəbər verir ki, müraciətdə qeyd olunub ki, bayram tətilində ayrı-ayrı bölgələrə səfər etmiş əhalinin daimi yaşayış yerlərinə qayıtması ilə əlaqədar magistral yollarda hərəkət intensivliyinin artması müşahidə olunur.
Baş Dövlət Yol Polisi İdarəsi Novruz şənliklərinin arzuolunmaz hadisələr fonunda bitməməsi üçün yol hərəkəti iştirakçılarına müraciət edərək onlardan təhlükəsizlik qaydalarına əməl etməyi, sürücülərdən yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi, sərnişinlərdən isə belə hallara qarşı biganə qalmamağı xahiş edir.
Xüsusilə sürücüləri yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, yol və hava şəraitini düzgün qiymətləndirməyə, yolboyu ötmə və manevretmə qaydalarına, sürət rejiminə ciddi əməl etməyə çağırırıq.
Xatırladırıq ki, uzaq məsafə qət edən sürücü və sərnişinlər qısa müddətli istirahət üçün DYP-nin respublika əhəmiyyətli avtomobil yollarında yerləşən stasionar postlarında yaradılmış şəraitdən istifadə edə bilərlər.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












