Şəki DYP məktəblərdə maarifləndirmə tədbirlərini davam etdirir - FOTO

Dekabrın 7-də Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev Şəki şəhəri 20 nömrəli tam orta məktəbin ibtidai sinif şagirdləri ilə maarifləndirici tədbir keçirib.
Məktəbin hərbi rəhbəri, Vüqar Abbasov çıxış edərək, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, məktəblilərin sevimlisi, polis baş leytenantı Tural Niftalıyevi tədbir iştirakçılarına təqdim edib. Bildirib ki, polis baş leytenantı Tural Niftalıyev hər il 20 nömrəli tam orta məktəbdə piyadaların intizamının artırılması, təhlükəsiz davranış vərdişlərinin aşılanması, tədris prosesinin effektliyinin yüksəldilməsinə, Dövlət Yol Polisinin köməyinin artırılması məqsədilə, il ərzində 2 dəfə olmaqla, 1 dəfə ibtidai sinif şagirdləri ilə, 1 dəfə isə yuxarı sinif şagirdləri ilə maarifləndirici tədbir keçirir. Onun ümumtəhsil müəssisələri ilə sıx əməkdaşlıq etməsinin, fəal maarifləndirmə işləri aparmasının nəticəsidir ki, şagirdlər yol hərəkəti qaydalarını mükəmməl bilirlər. Vüqar Abbasov onuda qeyd edib ki, məktəb kollektivləri ilə qərara gəliblər ki, tədbirin formatını bir qədər dəyişdirsinlər. Dövlət Yol Polisi qarşısında hesabat verərək, polis baş leytenantı Tural Niftalıyevin qarşısında imtahan verib göstərsinlər ki, onun öyrətdiyi yol hərəkəti qaydalarını, piyadanın vəzifələrini şagirdlər necə mənimsəyib.
Şagirdlər, yol hərəkəti qaydalarına aid şeirlər, mahnılar səsləndirib, səhnəciklər nümayiş etdiriblər.
Tədbirin yekununda, polis baş leytenantı Tural Niftalıyev tədbirdə iştirak edən şagirdlərin hər birinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış ibtidadi sinif şagirdləri üçün dərs vəsaiti olan "YOL HƏRƏKƏTİ ƏLİFBASI" kitabını hədiyyə edib. Polis baş leytenantı Tural Niftalıyev çıxış edərək, yüksək səviyyədə tədbir təşkil etdikləri üçün məktəb kollektivinə, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyevə, o cümlədən idarənin Şəki sektorunun baş məsləhətçisi Elxan Abdullayevə minnətdarlığını bildirib.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ






















