Şəki DYP son zənglə bağlı MÜRACİƏT EDİB - FOTO

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq əmrinə əsasən iyun ayının 14-də ümümtəhsil müəssisələrində “Son zəng” tədbiri keçiriləcək.
Avtosfer.az xəbər verir ki, Dövlət Yol Polisi “Son zəng” tədbirlərində sutka ərzində gücləndirilmiş iş rejimində işləyəcək və yol hərəkəti təhlükəsizliyinin yüksək səviyyədə təşkilinin təmini üçün bütün imkanlarından isdifadə edəcəkdir. Lakin, valideynlər, ağsaqqallar, eləcə də təhsil müəssisələrinin rəhbərləri bu məsələdə daha cox məsuliyyətli olmalıdırlar. Bəzən,
”Son zəng” tədbirləri başa çatdıqdan sonra yuxarı sinif şagirdləri, xüsusilədə məzunlar nəqliyyat vasitəsinin texniki xarakteristikasında nəzərdə tutulandan artıq sayda,minik avtomobillərinə 7-8 nəfər minərək şəhər ərazisində və ya digər ərazilərdə yuxarı-aşağı hərəkət edirlər.Bu sərnişin daşıma qaydasının pozulması ilə yanaşı həmdə,xüsusi karantin rejimi qaydasının pozulmasıdır.Bəzən də,valideynlərinə və ya yaxın qohum-əqrabalarına məxsus olan avtomobilləri sürücülük hüququ olmadan hətta müxtəlif energetik və ya spirtli içkilər qəbul edərək idarə edirlər ki, bununlada xoşagəlməz halların, yol-nəqliyyat hadisələrinin baş verməsinə birbaşa zəmin yaradırlar. Təhsil müəssisələrinin rəhbərləri,tabeliklərində olan təşkilatçı, psixoloq və sinif rəhbərlərinin iştirakı ilə “Son zəng” tədbirlərindən əvvəl və sonra təkrar-təkrar məzunlarla söhbətlər aparsınlar və qeyd olunan neqativ halların yol verilməzliyi nəzərlərinə çatdırılmaqla,belə hərəkətlər etmələrinə şərait yaratmasınlar ki, “Son zəng” tədbirlərini və ümumilikdə dərs ilini təhlükəsiz,qəzasız başa vura bilək.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













